Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zaqatalada “VAZ” ağaca çırpıldı



Zaqatalada yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yanvarın 15-dən 16-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 110-cu kilometrliyində qeydə alınıb.

Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Ruşan Fətullah oğlu Hudulov idarə etdiyi  “VAZ 2106” markalı 62 BA 448 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Zaqatala-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyib, amma idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra deformasiyaya uğramış avtomobilin  sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan bildirilib ki, Ruşan Hudulov travmatik şok vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений