Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zaxarovanın Azərbaycana qarşı yeni təxribatı



Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın "Trend” agentliyinin jurnalistini təxribatda ittiham edərək sərt tənqid edib.

Agentliyin jurnalisti RF XİN-dən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin müavini Artyom Kojinin iştirakı ilə keçirilmiş brifinqin stenoqramında səhvin düzəldilməsini xahiş edib.

Xatırladaq ki, "Trend” agentliyinin jurnalistinin sualını cavablandırarkən Mariya Zaxarovanın müavini Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə səs-küylü bəyanatlarını qeyri-konstruktiv adlandırmışdı.

"Bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlar, yəqin ki, qeyri-konstruktivdir”, - o demişdi.

Lakin sonradan RF XİN-in saytında Artyom Kojinin bu sözləri başqa cür verilmişdi: "Sizin bu məsələ üzrə, ələlxüsus ATƏT tərəfindən qoyulmuş müvafiq relslərə sığmayan səs-küylü bəyanatlarınız, yəqin ki, qeyri-konstruktiv görünür”.

Başqa sözlə, indi Rusiya XİN Nikol Paşinyanı deyil, Azərbaycanın informasiya agentliyinin müxbirini qeyri-konstruktivlikdə ittiham edir.

İndi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yol verilmiş səhvi etiraf etmək və düzəltmək əvəzinə Mariya Zaxarova jurnalisti tənqid atəşinı tutub.

Cavab olaraq Zaxarova soruşub ki, agentliyin nümayəndələri yalnız bu məsələyə belə dəqiqliklə yanaşırlar? Eyni zamanda, o dəfələrlə özünün və həmkarlarının dediyi sözlərin təhrif edilməsinin şahidi olduğunu bildirib.

"Nəsə belə titiz yanaşma xatırlamıram, heç vaxt olmayıb! Hesab edirəm ki, brifinqlərimiz faktiki cavablar almaq üçün təşkil edilir. Lakin təəssüf ki, 3 il ərzində dəfələrlə sualların siyasi bəyanatlar kimi səsləndiyini görmüşəm. Və siz bunu bilirsiniz. Mənə belə gəlir ki, bu həm də çox mürəkkəb vəziyyətin tənzimlənməsi məqsədilə deyil, hansısa başqa məqsədlərlə edilir”, - Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, Rusiya XİN-də cavablar verməyə, dəqiqləşdirmələr aparmağa hazırdırlar. Lakin təxribat xarakterli suallar vermək düzgün deyil. Xüsusilə, iki ölkənin – Ermənistanın və Azərbaycanın xalqlarının əziyyət çəkdiyi mürəkkəb məsələlər üzrə.

O, diqqəti buna yönəldib ki, son iki həftə ərzində agentlikdən ona heç kim zəng etməyib, halbuki Azərbaycanın digər KİV-lərindən müraciətlər olub.

"Jurnalist və agentlik kimi bu sizi narahat etsəydi, yəqin ki, bunu telefonla etməyə imkan tapardınız. Nəyə görə iki həftədən sonra məsələni kütləvi yerdə qaldırırsınız? Deməli, təxribat törətmək kimi bir istək var”, - Zaxarova deyib.(virtualaz.org)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений