Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zəlzələni istilər aktivləşdirir? - "Yerin üstündə havanın necə olmasından..." - SEYSMOLOGİYA MƏRKƏZİ



Zaman-zaman həm yerli, həm də xarici mediada zəlzələ proqnozlarının şahidi oluruq. Təbii, bu cür məlumatlar insanların təlaşına səbəb olur.

Ötən gün də Şəkidə 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

Baş verən təbii fəlakəti mövsümlə də əlaqələndirənlər var. Bildirilir ki, baş verən istənilən zəlzələrdə mövsüm anlayışının təsiri də rol oynayır. 

Məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli Cebhe.info-ya açıqlamasında zəlzələnin mövsümlə hər hansı bağlılığının olmadığını deyib: 

“Biz əsasən 3 baldan yuxarı gücündə baş verən zəlzələr barədə məlumat veririk. Aşağı bal gücündə baş verən zəlzələləri sayta yerləşdirmirik. Zəlzələ yerin çox dərin qatlarında olur. Azərbaycanda 40-50 kilometr, Xəzər dənizində 60-70 kilometr dərinlikdə zəlzələlər baş verir. Zəlzələnin yerin üstündə havanın necə olduğundan xəbəri olmur. Mövsümlə heç bir əlaqəsi ola bilməz. Bütün dünyada belədir”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений