Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zəncəfilin min bir faydası – GÜNƏ UĞURLU BAŞLAYIN 



Zəncəfil kökü müalicəvi xüsusiyyətlərə malikdir.

Cebhe.info xəbər verir ki, antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malik olmaqla zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunur.

Faydalı cəhətlərindən biri də bəlğəmgətirici  olmasıdır. Məhz bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur. Zəncəfil damarların divarında yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə olunur.

Zəncəfil qurdlar əleyhinə mübarizədə də istifadə olunur. Hətta qidalara, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə orqanizmi qurdlardan təmizləmək olar. Zəncəfilin spazmolitik xüsusiyyətləri də malikdir.

Müxtəlif ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində istifadə olunur. Ümumillikdə baş, öd kisəsi, böyrək və s-da müxtəlif spazmlarla mübarizədə zəncəfil mükəmməl vasitə sayılır. O həzm proseslərini stimullaşdırır, orqanizmi toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, tonusunu qaldırır, immuniteti möhkəmləndirir.

Mübadilə proseslərini sürətləndirdiyi üçün arıqlamağa kömək edir.

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений