Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zimbabve Millətlər Birliyinə geri qayıdır



Hərbi çevriliş nəticəsində hakimiyyətin dəyişdiyi Zimbabve 2003-cü ildə ayrıldığı Millətlər Birliyinə yenidən üzv olmaq üçün müraciət edib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Zimbabve prezidenti Emmerson Mnanqaqva müraciətini Birliyin baş kativi Patrisiya Skotlanda ünvanlayıb.

Qeyd edək ki, ötən ilin noyabrında baş verən hərbi çevriliş nəticəsində 37 ildir hakimiyyətdə olan Robert Muqabe devrilmişdi.

Məlumat üçün bildirək ki, Millətlər Birliyi 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi adlanıb. Hazırda təşkilatın tərkibində 54 müstəqil ölkə yer alır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений