Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zimbabve: Muqabe xalqa müraciətində hakimiyyətdə qalacağını söyləyib



Hakimiyyətdən getməsinə dair çağırışlar olmasına baxmayaraq Zimbabvenin hərbi lideri Robert Muqabe bir neçə həftə ərzində hakimiyyətdə qalmağa söz verib.

Cənab Muqabe televiziyada xalqa müraciətində deyib ki, o, dekabrda hakim partiyanın qurultayını idarə edəcək.

Bundan əvvəl hakim Zanu-PF partiyası, Robert Muqabenin təşkilatın rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib. O, istefa verməyə çağrılıb , əks halda 24 saatdan az bir vaxtda impiçment ediləcəyi bildirilib.
İki həftə bundan əvvəl Muqabenin vəzifədən kənarlaşdırdığı 75 yaşlı keçmiş vitse-prezident Emmerson Mnangagwa Zanu-PF partiyasının yeni rəhbəri seçilib.

Əhali Hararedə toplanıb Muqabenin nitqinə qulaq asıb. Muqabenin istefa verəcəyi gözlənib.

Bunun əvəzində o, hərbi generalların əhatəsində qeyd edib ki, "partiya [hakim Zan-PF] qurultayı bir neçə həftəyə baş tutacaq və o, qurultayı idarə edəcək".

Prezident Muqabe Zan-PF partiyası, hərbiyyə və ictimaiyyətin tənqidlərini dərk edib və Zimbabvenin normal həyata qayıtması zəruriliyini vurğulayıb.

BBC-nin Afrika redaktoru Fergal Keane güman edir ki, cənab Muqabe istefaya getməyə razılaşıb, amma sonra fikrini dəyişib.

Zimambvedə çoxları keçmiş vitse-prezident Emmerson Mnangagwa-nı 93 yaşlı Muqabenin siyasi varisi kimi qəbul edib və onun vəzifədən kənarlaşdırılması ölkənin hakim dairələrində narazılığın yaranmasına səbəb olub.

Manangagwa-nın vəzifədən kənarlaşdırılmasını Zimbabvedə çoxları, prezident Muqabenin, hakimiyyəti özündən 40 yaş cavan olan arvadı Qreys Muqabeyə təhvil vermək üçün gördüyü hazırlıq kimi yozub.

Bazar günü keçirilən Zanu-PF partiyasının toplantısında həmçinin Qreys Muqabenin hakim partiya sıralarından xaric edilməsi barədə də qərar çıxarılıb.

Ölkənin olduqca nüfuzlu təşkilatı sayılan Müstəqillik uğrunda müharibə veteranları assosiasiyasının rəhbəri Chris Mutsvangwa Reuters agentliyinə bildirib ki, Zanu-PF partiyası həmçinin Robert Muqabenin dövlət başçısı vəzifəsindən də kənarlaşdırılması prosesinə başlayıb.

Bundan əvvəl, Robert Muqabenin yaratdığı hakim Zanu-PF partiyasında onun ən yaxın müttəfiqləri Zimbabve prezidentini istefa verməyə çağırmışdılar.

Muqabeyə həmişə loyal olan partiyanın Gənclər Liqası mövgeyini dəyişərək indi onun əleyhinə çıxış edir.

Ordu rəhbərləri də Muqabe ilə bazar günü görüşməyi planlaşdırır.

Dövlət televiziyasının məlumatına görə, tərəflər arasında danışıqlar Katolik kilsə vaizinin vasitəçiliyi ilə keçiriləcək.

Zimbabve 1980-ci ildə Britaniyadan müstəqillik qazandığı gündən ölkəyə Robert Muqabe rəhbərlik edir.

Şənbə günü Zimbabve paytaxtı Hararedə on minlərlə adam küçələrə çıxaraq, ordunun ölkəyə nəzarəti ələ almasını dəstəkləyib və prezident Muqabeni vəzifəsindən getməyə çağırıb. (BBC)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений