Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ziya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı, indi isə yenidən pul... - FOTOREPORTAJ



Şimal bölgəsinə səfər edəndə hər dəfə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi yoldan keçməyə məcbur oluruq. Bu dəfə də yolumuzu Xızıdan saldıq. Yol boyu zamanında xərclənən milyonların necə israf olunduğunu görməmək mümkün deyil. Yüksək texnologiyalar əsasında tikildiyi deyilən beton yol artıq çoxdan dağılıb. 

Cebhe.info-nun təqdim etdiyi fotolardan da göründüyü kimi sabiq nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya yolunun ömrü heç 3 il çəkməyib. Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib. 2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. 2009-cu ildə istifadəyə verilən avtomagistral yolun beton örtüyü qısa zaman sonra dağılmağa başlamışdı. Bu gün isə artıq yol bərbad vəziyyətdədir. Yolun bir hissəsi tamamilə sıradan çıxıb. Bir müddət öncə yolun bir hissəsi yenidən təmirə bağlanıb. Bu da avtomobillərin hərəkətində müəyyən problemlər yaradır. Digər tərəfdən, yolun istifadədə olan hissəsi də pis vəziyyətdədir. Nəzərə alsaq ki, yay sezonun başlaması ilə Şimal bölgəsinə səfərlərin sayı xeyli artacaq, bu da əlavə problemlərə səbəb olacaq. 

Milyonların “xərcləndiyi” yolun yüksək texnologiyalar əsasında çəkildiyi deyilsə də, görüntü bunun tamamilə əksini göstərir. Aidiyyatı qurumlar yolun belə qısa zamandan dağılmasını ağır tonnajlı yük avtomobillərinin həmin yoldan istifadəsilə əlaqələndirirlər. Ancaq deyildiyi kimi, yol zamanında yüksək texnologiyalar əsasında çəkilsəydi, bu cür problemlər yaşanmazdı. Eyni yolun çəkilməsi üçün dövlət büdcəsini qısa zamanda ardıcıl iki dəfə ağır yükün altına salmaq ancaq məmur səriştəsizliyinin göstəricisidir. Təcrübə göstərir ki, beton konstruksiyalarla çəkilmiş magistiral yolların ömrü ən az 25-40 il arası olur. 

Almaniyada çəkilmiş yolu buna missal göstərmək olar. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. 

Bütün bunlar onu deməyə əsas verir ki, 2009-cu ildə istifadəyə verilən yolun tikintisinə cavabdeh olan qurumlara rəhbərlik edənlər heç də deyildiyi kimi yüksək texnologiyalardan istifadə etməyiblər. Ediblərsə də, bu, yalnız sənəd üzərində olub. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений