hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

11 sentyabrdan 18 il sonra: Dünyada cihadçılar...

11 sentyabrdan 18 il sonra: Dünyada cihadçılar...

“Stratfor” təhlil mərkəzinin portalında Skott Stüart ABŞ-da 11 sentyabr terrorundan 18 il sonra dünyada cihadçılığın durumunu analiz edir.

O, cihad hərəkatının daim müxtəlif komponentlərdən ibarət olduğunu, heç vaxt vahid ideologiya, nəzəriyyə və əməliyyat doktrinasının olmadığını vurğulayır.

“Çoxlu sayda yeni yaranan qruplar İslam Dövləti, yaxud “ə-Qaidə” adı altında fəaliyyət göstərsələr də, onların əməliyyatları əsasən müstəqil xarakterlidir və iki özək təşkilatın itkiləri onlara təsir göstərmir”, – müəllif yazır.

Müəllifə görə bu mərkəzsizləşdirilmiş model o deməkdir ki, cihadçı silahlılar həm yerli, həm də qlobal səviyyədə bir sıra təhdidlər yaradırlar və təhlükəsizlik qüvvələri gələcək hücumları önləməkdən ötrü hər iki səviyyədə təzyiqi saxlamalıdırlar.

18 il qabaq Üsəma bin Laden  və onun cihadçı “əl-Qaidə” qrupu tarixdə ən dəhşətli terror hücumlarından birini törətdi. Nyu York və Vaşinqtonda hücumlarda 3 minədək günahsız şəxs həlak oldu, bütün dünya sarsıldı. Bu hücumun təsirləri indi də hiss olunmaqdadır, istər ABŞ-ın Əfqanıstan və İraqı tutmasında, istərsə də qlobal səviyyədə hava səyahətində təhlükəsizliyin gücləndirilməsində...

“Cihadçılıq ideologiyası qaldıqca, adamları özlərinin utopik vədlərinə çatmaqdan ötrü silaha əl atmaq səviyyəsində radikallaşdıracaq və buna həvəsləndirəcək. Ancaq cihadçılar vahid qüvvə deyillər. Bu da təhlükəsizlik əməliyyatlarının hərəkatın müxtəlif fərdi, yerli qlobal elementlərini ayrılıqda baxmasında, onun yayılmasını effektiv şəkildə önləməsində vacib məqamdır”, – müəllif vurğulayır. Skott Stüart əlavə edir ki, özək cihadçı qrupların gücünü yenidən bərpa etməməsi üçün ABŞ və koalisiya qüvvələrinin bütün dünyada yerli tərəfdaşlara dəstəyi davam etdirməli olduğunu qeyd edir – Qərbi Afrikadan tutmuş Sulu Arxipelağına və Filippinədək.

Müəllifin fikrincə, eyni zamanda qlobal və yerli hüquq-mühafizə və kəşfiyyat agentlikləri də özək və törəmə cihadçı qrupların fəaliyyətini boğmaq yönündə işi davam etdirməlidirlər.

Cihadçılıq ideologiyası məğlub edilməyincə nifrət yayanlar ardıclılar cəlb edəcək, dünyanın qalan hissəsini hədələməyə davam edəcək”,-məqalə deyilir.

Cebhe.info


Oxunma sayı: 331