hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

11 yaşlı uşağı qəhvə içmək sağaltdı

11 yaşlı uşağı qəhvə içmək sağaltdı

Gündə cəmi 2 fincan ekspresso qəhvəsi 11 yaşlı oğlanın xəstəliyini sağaltdı.

O, güclü əsmə, qeyri-iradi hərəkətlər və əsəb tiklərindən əziyyət çəkirdi.

Milli.Az bildirir ki, uşaqda nadir genetik mutasiya olan nevroloji diskineziya diaqnoz olunmuşdu. 

Qəhvə içməsi isə əzələləri boşaldıb, rahatlaşdırıb, enzima reseptorlarını aktivləşdirib.

Uşaq bir fincan qəhvə içdikdə, əsməsi 7 saat dayanırdı. 2 fincan qəhvə isə bir sutka əsməni saxlayırdı. 

Kofeinsiz qəhvə isə əksinə təsir etmişdi, tutmaları artırmışdı.

Deməli, kofein bu xəstəlikdə əsas təsir rolunu oynayıb.

Dünyada hazırda rəsmi olaraq 400 belə xəstə var.

Alimlər kofein əsasında bu xəstələr üçün preparatlar hazırlanması və tətbiqi fikrini irəli sürüb.

Cebhe.info


Oxunma sayı: 980