t "13 gün mənə çölə çıxmağa icazə yoxdur..." - VİDEO
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

"13 gün mənə çölə çıxmağa icazə yoxdur..." - VİDEO

"13 gün mənə çölə çıxmağa icazə yoxdur..." - VİDEO

Çinin Vuhan şəhərində təhsil alan Aqil Əliyev hazırda Pekin şəhərində, bir oteldə qalmağa məcbur edilir.

O, Pekinə koronavirusa görə karantin elan olunmuş və giriş-çıxışın məhdudlaşdırıldığı Vuhan şəhərindən hadisələr kəskinləşməzdən əvvəl gəlib və sonra ora qayıda bilməyib.

Hazırda bir müddətlik otel otağında qalmağa məcbur olub.

Buna səbəb isə onun təbirincə, Vuhan şəhərindən gəlməsidir.

"Dedilər ki, yeməklə təmin edəcəklər, amma elə bir şey olmadı", o, otel otağından BBC News Azərbaycancaya verdiyi müsahibəsində deyir.

Oteldə ona maskalar və termometr verilib. O gündə üç dəfə temperaturu barədə otel işçilərini məlumatdırdığını qeyd edir.

Təxliyyə xəbərlərinə gəldikdə isə, Aqil Əliyevin sözlərinə görə, belə "şayiələr" yayılsa da və danışıqlar aparılsa da, "şəhərə giriş-çıxış tam bağlandığından heç bir ölkənin iradəsilə ora girmək və ya kimisə çıxarmaq demək olar ki, qeyri-mümkündür".

Cebhe.info


Oxunma sayı: 771