hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

14 icra hakimiyyəti ilə bağlı Baş Prokurorluğa ŞİKAYƏT EDİLDİ

14 icra hakimiyyəti ilə bağlı Baş Prokurorluğa ŞİKAYƏT EDİLDİ

2018-ci ildə Bakı şəhərinin 8 rayonun icra hakimiyyəti ilə bağlı qanunsuz tikililərə görə, Baş Prokurorluğa müraciət edildi.

Cebhe.info xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. Komitə sədri əlavə edib ki, Azərbaycanın bölgələrində yerləşən 6 rayonunun icra hakimiyyəti orqanları ilə bağlı sənədlər Baş prokurorluğa göndərilib:

“2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 rayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Respublikasının Baş prokurorluğuna təqdim olunmuş, faktlar üzrə araşdırmalara başlanılmış, bir hissəsi üzrə cinayət işləri açılıb”.

Cebhe.info


Oxunma sayı: 2120