hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

İstintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib - VİDEO

İstintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib - VİDEO

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

O qeyd edib ki, iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhəri, Parlament prospektində, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, hakimiyyət nümayəndələrinə zor tətbiq olunması, özgə əmlakının qəsdən məhv edilməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cebhe.info


Oxunma sayı: 3169