hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

14 yaşlı oğlanı təhqir edib videoya çəkən yeniyetmələr saxlanıldı

14 yaşlı oğlanı təhqir edib videoya çəkən yeniyetmələr saxlanıldı

Bakıda 4 yeniyetmə həmyaşıdları olan bir oğlanı təhqir edərək videoya çəkib.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 20-də Xəzər rayonu, Zirə qəsəbəsində baş verib.

2007-ci il təvəllüdlü zərərçəkənin atası aprelin 2-də polisə müraciət edərək bildirib ki, Novruz bayramı günü qəsəbə ərazisində 15 yaşlı iki şəxs, bundan başqa onların 13 yaşlı qardaşı və 16 yaşlı digər oğlan onun övladına müxtəlif alçaldıcı əzablar veriblər. Bundan sonra isə videoya çəkiblər. Ardınca həmin şəxslər görüntüləri sosial şəbəkələrdə yayıblar.

Təhqirə məruz qalan oğlan hadisə barədə atasına gec məlumat verdiyi üçün polisə təxminən iki həftə sonra müraciət edilib.

Videonu çəkməkdə ittiham edilən, adlarını açıqlamadığımız yeniyetmələr saxlanılıb və izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Fatkla bağlı Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Cebhe.info


Oxunma sayı: 342