hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

15 il işə getmədən 1 milyon qazandı

15 il işə getmədən 1 milyon qazandı

İtaliyanın Katanzaro kommunasında Puleze Çaçço Dövlət Xəstəxanasının 67 yaşlı əməkdaşı vəzifəsindən sui-istifadə və sənədlərin saxtalaşdırılmasında günahlandırılıb.

Cebhe.info xəbər verir ki, xəstəxananın yeni müdiri 15 il əvvəl işini tərk edən işçinin kart hesabını dondurmayıb. Beləliklə, 2005-ci ildə işə düzələn kişi 15 il işə getmədən hər ay maaş alıb. Bu müddət ərzində ona 538 min avro (təxminən 1 milyon 100 min manat) maaş ödənilib.

Bundan əlavə, xəstəxananın 6 meneceri haqda da istintaqa başlanılıb. Onlar əməkdaşın işdən sui-istifadə etməsi bağlı məlumatları gizlətməkdə ittiham olunurlar.

67 yaşlı kişinin illərlə işə getməməsi isə İtaliya dövlət sektorunda çalışan işçilərə qarşı polis araşdırmasından sonra məlum olub.

Cebhe.info


Oxunma sayı: 408