hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

15 yaşlı məktəbli koronavirusdan öldü

15 yaşlı məktəbli koronavirusdan öldü

Gürcüstanda ağır halda COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 yaşlı məktəbli qız vəfat edib.

Cebhe.info-nun məlumatına görə, Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze açıqlama verib.

Yeniyetməyə koronavirus diaqnozunun oktyabrın 2-də qoyulduğu xəbər verilir. Həmin vaxtdan etibarən o, Tbillisi Birinci Universitetinin klinikasında müalicə alıb. Oktyabrın 17-də vəziyyəti ağırlaşan məktəbli qızı süni tənəffüs aparatına qoşublar.

Tikaradzenin sözlərinə görə, həkimlər yetkinlik yaşına çatmamış qızı xilas etmək üçün sonadək çalışıblar. “Bir həftə əvvəl pasientin arada ürəyinin dayanması baş vermişdi. O zaman həkimlər onu xilas edə bildilər. Lakin vəziyyəti ağır olaraq qalırdı”, - deyə nazir bildirib.

Məktəbli qızın yan xəstəliklərinin olub-olmadığı bilinmir. Pasient yetkinlik yaşına çatmadığına görə xəstəxana onun səhhəti ilə bağlı detalları açıqlamayıb.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1156

Bizim Telegram səhifəmizi izləyin