hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

17 azərbaycanlı bu gün Almaniyadan deport olunacaq

17 azərbaycanlı bu gün Almaniyadan deport olunacaq

Bu gün Almaniyadan 17 nəfərin Azərbaycana deportasiyası gözlənilir.

Cebhe.info xəbər verir ki, bunu Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev deyib. Onun sözlərinə görə, ikinci dəfə də qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilən, məhkəmə proseslərini uduzan və növbəti dəfə sığınacaq axtaran şəxs kimi ərizəsi qəbul edilməyən daha 5 ailənin bu gün səhərə yaxın yaşayış yerlərindən aparılması üçün polisin və təcili yardım maşınlarının səhərə yaxın saat 4-də qaçqın düşərgəsinə gedib:

“Səhər 6 radələrində isə deport olunacaq ailələri aparıblar. Təəssüf edirik ki, onların arasında 3 uşağı epilepsiya xəstəliyindən əziyyət çəkən, Ortenburq şəhərində (Bavariya) yaşayan Abdullayev Elşad adlı soydaşımızın da ailəsi var. Həmin ailəyə verilən imtina cavabında Azərbaycan Səhiyyə Nazirliyinin hesabatına istinad edilib və epileosiya xəstələrinin Azərbaycanda problemsiz müalicəsinin mümkünlüyü qeyd olunub. Daxil olan məlumatlar təsdiq olunarsa, bu gün Azərbaycana deport olunanların sayı 17 nəfər olacaq”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2993