hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

1,9 trilyon dollarlıq iqtisadi stimullaşdırma planı təsdiqləndi

1,9 trilyon dollarlıq iqtisadi stimullaşdırma planı təsdiqləndi

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 27-də pandemiya şəraitində milli iqtisadiyyat artımının təcili stimullaşdırılması tədbirləri barədə 1,9 trilyon dollarlıq qanun layihəsini təsdiq edib.

Cebhe.info xəbər verir ki, Nümayəndələr Palatasının iclası Amerika telekanalları tərəfindən canlı yayımlanıb. Qanun layihəsi praktiki olaraq minimal səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 219-u layihəni dəstəkləyib, 212-si isə onun əleyhinə səs verib.

ABŞ Prezidenti Cozef Baydenin proqramına əsaslanan sənəd bilavasitə pandemiya ilə mübarizə tədbirlərinə təxminən 400 milyard dolların ayrılmasını nəzərdə tutur. Həmçinin əhaliyə yardım məqsədilə 1 trilyon dollar yönəldiləcək, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına sərf olunacaq.

Demokratlar martın 14-nə qədər qanun layihəsini imzalaması üçün prezidentə göndərməyi planlaşdırır. Lakin sənədin Senatda xeyli prosedur çətinlikləri ilə qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, respublikaçılar stimullaşdırma paketinin həddən artıq şişirdildiyini hesab edirlər. Ağ ev isə öz növbəsində 1,9 trilyon dollar həcmindəki proqramın pandemiyanın səbəb olduğu miqyasa daha çox uyğun gəldiyi fikrindədir.

Cebhe.info


Oxunma sayı: 1574