hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

2019-cu ildə neft bazarında bu ölkə liderlik edib

2019-cu ildə neft bazarında bu ölkə liderlik edib

2019-cu ildə dünyada ən çox neft idxal edən ölkə Çin olub. 

Cebhe.info-nun məlumatına görə, Çin ötən il 506 milyon ton və ya sutka ərzində 10,12 milyon barel neft idxal edib. Qeyd edək ki, Çin 2003-cü ildən etibarən dünya neft istehlakçıları arasında liderlik edir. 2019-cu ilin dekabr ayında bu göstərici 45,76 milyon ton təşkil edib. 

Yəni dünyanın iqtisadi nəhəngi sutka ərzində 10,78 milyon barel “qara qızıl” alıb. Çin sutkalıq 11,13 milyon barel neft idxalı ilə noyabr ayında rekord səviyyəyə çatıb. 2019-cu ildə Çinin təbii qaz idxalı da 6,9 faiz artaraq 96, 56 milyon tona çatıb. 

Lakin artım tempi 2018-ci illə müqayisədə 31,9 faiz aşağı düşüb. Ötən il təbii qaz istehlakının azalması ilə əlaqədar rəsmi Pekinin kömürdən “mavi yanacağa” keçid proqramı zəifləyib. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1310