2021-ci ilin 25 işsiz günü: Say daha da artdı - BİZİM TƏQDİMAT

Xəbər veridiymiz kimi, Əmək Məcəlləsində dəyişikliyə əsasən, Azərbaycanda 8 noyabr Zəfər Günü qeyri-iş günü olacaq.
Beləliklə, ölkəmizdə qeyri-iş günlərinin sayı artıb. 27 sentyabr Anım Günü isə qeyri-iş günü olmayacaq.
Bəs bu il təqvimdə hansı günlər bayram və qeyri-iş günü hesab olunacaq?
Cebhe.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2021-ci il üçün hazırladığı təqvimə əsasən aşağıdakı günlər iş günü sayılmır:
1,2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq Hüzn Günü;
8 mart – Beynəlxalq Qadınlar Günü;
20,21,22,23,24 mart – Novruz bayramı;
9 may –Qələbə Günü;
13,14 may - Ramazan bayramı;
28 may – Respublika Günü;
15 iyun –Milli Qurtuluş Günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
20,21 iyul – Qurban bayramı;
8 noyabr – Zəfər Günü;
9 noyabr - Dövlət Bayrağı Günü;
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Bundan əlavə, 2021-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 4 yanvar, 25, 26 mart, 10 may, 28 iyun tarixləri, altıgünlük iş həftəsində 25 mart, 10 may də tarixləri istirahət günləridir.
Gülnarə Məmmədova
Cebhe.info
Oxunma sayı: 859
Bizim Telegram səhifəmizi izləyin