hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

20 Yanvar qırğınının icraçılarından biri öldü

20 Yanvar qırğınının icraçılarından biri öldü

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkov 93 yaşında dünyasını dəyişib.

Cebhe.info xəbər verir ki, qohumlarının dediyinə görə, Babkov bu gün səhər Moskvada xəstəxanada ölüb. Onun ölümünün dəqiq səbəbi məlum deyil.

Qeyd edək ki, Filip Babkov qan yaddaşımız olan 20 Yanvar faciəsinin səbəbkarlarından biridir. 1990-cı il yanvarın 19-da DTK-nın “Alfa” qrupu və respublika Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyində təmsil olunan Babkov qoşunlarla Bakıya daxil olaraq əməliyyat həyata keçirib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 7646