t 20 Yanvarla bağlı nadir fotolar: Metroda sərgilənəcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

20 Yanvarla bağlı nadir fotolar: Metroda sərgilənəcək

20 Yanvarla bağlı nadir fotolar: Metroda sərgilənəcək

Sabah saat 11:00-da "20 Yanvar" stansiyasında ilə qanlı tarixin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq. 

Bu barədə Cebhe.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O, deyib ki, sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) nadir fotoları yer alacaq.

İştirakçılar arasında QSC sədrinin müavini, AFB idarə heyətinin sədri də olacaq:

“20 yanvar gecəsi səhərədək iş başında xidmət göstərmiş işçilərdən 3 maşinist və veteranlar, həmçinin yaralanmış işçi,  o dövrün ən məşhur fotosunun qəhrəmanı, şəhid metro işçisi Əflatun Kazımovun hazırda metroda işləyən oğlu, fotoları çəkmiş müəlliflər  də sərgiyə qatılacaq. Onu da deyim ki, ilk dəfə olaraq belə bir miqyasda sərgi təşkil edirik. Ötən il vaxt məhdudiyyti səbəbindən sərgi baş tutmadı”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 705