hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

20 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL: Anasını öldürüb, güzgüyə bu sözləri yazdı...

20 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL: Anasını öldürüb, güzgüyə bu sözləri yazdı...

Türkiyədə 50 bıçaq zərbəsi ilə öldürülən qadının qatilinin öz oğlu olduğu məlum olub.

Cebhe.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bursada evində bıçaqlanaraq ölü tapılan qadının oğlu şübhəli qismində saxlanılıb. 15 il əvvəl həyat yoldaşından boşanan Tülin Beygircinin evinin ətrafındakı təhlükəsizlik kameraları görüntüləri polis tərəfindən araşdırılıb. Qadının oğlu Berke K.-nın Dənizlidə universitet tələbəsi olduğu öyrənilib. Onunla telefonla əlaqə saxlayan polislər anasının vəfat etdiyini, cənazəsini götürmək üçün Bursaya gəlməli olduğunu deyiblər. Bursaya çatar-çatmaz polis tərəfindən saxlanılan oğlan anasını öldürdüyünü etiraf edib. O yay tətili müddətində anası ilə birlikdə yaşadığını və aralarında bəzən mübahisə yaşandığını bildirib. 

Universitetdə bəzi dərslərdən kəsildiyini anasından gizləmək üçün magistraturaya hazırlaşacağı yalanını uyduran Berke anası Dənizliyə köçmək istədiyi səbəbi ilə anasını öldürüb. 24 yaşlı qatil cinayəti başqasının üzərinə atmaq üçün evdəki bir güzgüyə qanla "Məhlənin şərəfi var" yazıb.

Cebhe.info


Oxunma sayı: 562