hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

21 yaşlı gənc heç kimin getmədiyi təhlükəli ölkələrə səyahət edib

21 yaşlı gənc heç kimin getmədiyi təhlükəli ölkələrə səyahət edib

21 yaşlı Amerika vətəndaşı Lexie Alford Şimali Koreya və Yəmən kimi dünyanın ziyarət etməkdən çəkindiyi bölgələrinə gedərək rekord qırıb.

Cebhe.info xəbər verir ki, Lexie dünyanın bir çox ölkələrinə səyahət etməyə hələ 18 yaşında olarkən başlamışdı. Gənc qadın yalnız Avropada səyahət etməklə marağını məhdudlaşdırmaq istəməyib. Belə ki, o, ötən il dünyanın ən təhlükəli yerlərindən biri sayılan Yəmənə belə gedib. Uşaqlıqdan bəri səfər siyahısı tutan gənc qadın turizm agentliyinə sahib ailəsinin köməyi ilə 196 ölkəni görməyə müvəffəq olub. Lexie keçən həftə Şimali Koreyanı da ziyarət edərək 196 ölkəni ziyarət edən ən gənc adam olub. Lexienin səyahət etdiyi ən maraqlı yerlərdən biri, kinosu ilə haqqında təkrar danışılan Çernobıl olub. Gənc qadın bütün risklərə baxmayaraq tərk edilmiş ərazini ziyarət edib.

O, sosial media hesabından paylaşıb.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1486