hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

22 yaşlı qız qaçırılıb

22 yaşlı qız qaçırılıb

Heyvanları otarmaq üçün yaylağa gedən 22 yaşlı gənc qız 3 nəfər tərəfindən qaçırılıb.

Cebhe.info xəbər verir ki, 22 yaşlı Əminə Ebru Arıcan qonşunun 16 yaşlı qızı ilə birlikdə Antalyanın Manavqat rayonundakı Başlar yaylasına keçiləri otarmağa gedib.

Yaşadığı evdən 60 kilometr uzaq məsafəyə gedən Əminə Arıca naməlum şəxslər tərəfindən qaçırılıb.

Onlardan biri Əminənin yanındakı 16 yaşlı qızı tutub, digərləri isə Əminənin ağzını, əlləri və qollarını bağlayaraq təxminən 3 kilometr uzaqda olan maşına aparıblar.

Hadisə yerində buraxılan 16 yaşlı qız Əminənin ailəsinə qızlarının qaçırıldığı xəbərini verib.

Qızın dediklərinə görə, Əminəni qaçıran naməlum şəxsləri ilk dəfə görür. Ailə polisə qızının qaçırıldığı barədə şikayət edib.

Qeyd edək ki, 16 yaşlı qızı hadisə yerində qoyub, Əminəni qaçıran 3 nəfərin axtarışları davam edir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 826