hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

233 binaya qazın verilişi təmin olunub

233 binaya qazın verilişi təmin olunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib. 

“Azəriqaz” İstehsalat Birliyindən Cebhe.info-ya verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, 2019-cu il oktyabrın 1-nə olan məlumata görə, 233 yaşayış binası üzrə 14600 mənzil, sentyabr ayında isə 45 yaşayış binası üzrə 1326 mənzil qazla təmin olunub.

Qeyd edək ki, bu ilin may ayından etibarən Prezident Administrasiyasının tövsiyələri əsasında, “Azəriqaz” İB istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan 6 Mənzil Tikinti Kooperativinə (MTK) məxsus bir neçə yaşayış binasının qazlaşdırılması ilə bağlı yarımçıq qalmış işlərin davam etdirilməsinə də başlayıb. 

Həmin binaların sakinlərinin uzun vaxtdır ki, yığılıb qalan bu probleminin həlli üçün SOCAR rəhbərliyinin tapşırığı ilə artıq ümumilikdə 894 mənzildən 653-də qazlaşma işi aparılıb, sayğaclar quraşdırılıb. 3 binada iş tamamlanıb, birində qaz verilişi təmin olunub.

Ümumilikdə birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir.

Cebhe.info


Oxunma sayı: 474