hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

23 aya sığan tarix: Şərqdə bir çox ilkə imza atmış Azərbaycan Xalq Cümhuriyyəti

23 aya sığan tarix: Şərqdə bir çox ilkə imza atmış Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il 28 may müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Xalq Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracağını elan etdi:

“Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir”.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Bakını daşnak-rus qüvvələrindən təmizlədikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmini, iqtisadi islahat keçirildi.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti oldu. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verdi.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay mövcud oldu. 1920-ci il 28 apreldə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Azərbaycanı məcburi surətdə SSRİ-nin tərkibinə daxil edildi.

1991-ci il Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etdi və ölkənin müstəqiliyi yenidən bərpa olundu.

Respublika günümüz mübarək!

Cebhe.info


Oxunma sayı: 6854