hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

26 noyabrdan 19 oktyabra gələn yol: Əli Kərimli 14 il əvvəlki qəsdini təkrarlayır

26 noyabrdan 19 oktyabra gələn yol: Əli Kərimli 14 il əvvəlki qəsdini təkrarlayır

Əli Kərimlinin iddiasının çoxuna görünməyən tərəfi onun təşvişidir. 

Siyasətçiyə qəti lazım olmayan bu cəhətin sonunda, yəni təşvişdə olan siyasətçidə hiddət əmələ gəlir və nəticədə dağıtmaq, qisasa susamaq kimi  sindromlar meydana çıxır. Bu gün Əli Kərimli məhz bu iki sindromdan əziyyət çəkir. İstəklərinə çatmaq üçün xalqı da özünün alətinə çevirmək istəyir. Əslində, onun mövqeyinin görünən və görünməyən tərəfləri var. Görünən tərəf onun dilindən eşidildiyindən qulaqları yağır edən haqq-hüquq, söz azadlığı, hərəkət sərbəstliyidir ki, ilk baxışda hamıya xoş gəlir. Altyapısında isə xalqın hərəkətliliyini önləmək cəhdi yox, məhz qəsdi dayanır. 

Hər kəs bilir ki, bu gün toplumda bir hərəkətlilik var və bu hərəkətlənmənin siyasi gedişatı bütünlükdə cəmiyyətin inkişafına təkan verəcək. Əli Kərimli isə bu dinamikanı DİNAMİTə çevirmək istəyir. O DİNAMİTƏ ki, bu hərəkətlənməni qəti durduracaq. Yenidən dirçəlmə və hərəkətlənmə üçün daha bir 10 il lazımdır. 

Tarix belə təkrar olunur

Əli Kərimlinin istər ixtiyari dünənə, bu günə və ya hər hansı sabaha planlaşdırdığı bütün razılaşdırılmamış aksiyaların arxasından dediyimiz dinamikliyin DİNAMİTlə əvəz olunması, yəni 26 noyabr 2005-ci il boylanır...

Xatırlayanlar bilir ki, 6 noyabr 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalan müxalifət toparlanmağı bacarmışdı. Hətta o qədər yüksək səviyyədə və əhval-ruhiyyədə ki, hakimiyyətdaxili çəkişmələr belə müxalifətin etirazını kölgədə qoya bilmirdi. Müxalifətin sistemli etiraz aksiyaları davam edir, hakimiyyət üçün başağrısına çevrilirdi. Lakin birdən nə baş verdi? O baş verdi ki, müxalifət növbəti yürüş-mitinqi bitirənə yaxın Əli Kərimlinin israrlı təkidləri ilə oturaq aksiya planlaşdırıldı.

İsa Qəmbər başda olmaqla bəzi müxalifət liderləri buna qəti şəkildə etiraz etsələr də, kütlənin emosional durumundan istifadə edən Əli Kərimli özü də oturacaqmış kimi prosesin nəticəyə istiqamətlənməsini önləmək  yolunu seçdi və istəyinə də nail oldu. Emosional mitinq iştirakçıları hadisələrin inkişafını nəzərə almadan, Əli Kərimlinin fitvasına uydu. Beləliklə, Kərimlinin “oturaq aksiyası” cəmi 15 dəqiqə çəkdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları 15 dəqiqə ərzində meydanı boşaltdı. Əli Kərimlinin avantürasının qurbanları, yəni oturanlar həbsxanalara, saxlanma təcridxanalarına, məhkəmələrə göndərildi, özü isə evinə getdi. 

Kərimli kimin əlinə oyanyırdı?

Təbii ki, o zaman baş verənlərin əsas oyunçusu məlum idi – Əli Kərimli. Ssenarist isə başqası idi. Kərimli məharətlə oyununu oynadı və müxalifəti düz 10 il geriyə göndərdi. Bəli, düz 10 il! O 10 il ki, məhz 2015-ci ilə kimi süstləşmiş müxalifət bir toplum olaraq pensiya yaşına çatmış pensioner kimi yaşadı. 

Təcrübə də göstərir ki, sistemsiz və avantürist siyasətlə məşğul müxalifət hesablaşılan gücə çevrilmir, əksinə siyasi proseslərə təsir imkanlarını tamamilə itirir. Hakimiyyətlə yanaşı bütünlükdə cəmiyyət də radikal və dağıdıcı mövqeni iqnor edir. Çünki dağıdıcılıq təkcə siyasi sistemə deyil, eyni zamanda iqtisadi və sosial sferanın da təməl prinsiplərini dağıdır, aclıq, yoxsulluq, səfalətlə cəmiyyəti təhdid edir. Cəmiyyət isə qəti şəkildə bunu rədd edir.  O cümlədən, beynəlxalq təşkilatlar da eyni prinsipdən çıxış edir və dağıdıcı qüvvəni dəstəkləmir. Elə də oldu. Əli Kərimlinin avatürasının bədəlini bütün müxalifət ödədi. Nəticədə müxalifət bütün təsir imkanlarını itirdi, birliklər dağıldı, qarşılıqlı ittihamlar başladı. Daxildə sosial bazasını, xaricdə beynəlxalq dəstəyini itirən müxalifət yesir gününə düşdü. Bunun ssenarisini yazan başqası olsa da, Əli Kərimli hiddət və qəsdlə oynadığı rolla cəmiyyətin dinamikliyini DİNAMİTLƏ partlatmış oldu. 

Bu, Kərimliyə niyə lazım idi?

1995-ci ildən Xalq Cəbhəsi və müxalifət daxilində separatçılıqla məşğul olan “Yurd” 2000-ci ildə müxalifətdən dışlanmışdı. Əli Kərimli bütün gücü ilə çalışırdı ki, “Yurd” müxalifətdə söz sahibinə çevrilsin. Bunun da yolu müxalifətin mövcud birliyini pozmaqdan keçirdi.

Ona görə də ona verilən istənilən tapşırığı can-başla icra edirdi. Nəticədə o hadisədən sonra güclü hakimiyyət zəif müxalifətin aksiyalarına icazə vermədi. Müxalifət isə o qədər zəif idi ki, haqlı olduğunu sübut, hüquqlarından istifadə edə bilmirdi. Əli Kərimli bunun fonunda reabilitsiya olunur və gələcəkdə qurulan tamaşaların baş rolunun ifaçısı olmaq üçün müxalifətin əsas simasına çevrilirdi. 

 Bəs bu gün nə olur? 

Bu gün də Əli Kərimli eyni ssenaridə öz rolunun icraçısıdır. Ardıcıllığa nəzər yetirəndə hər kəs bunun şahidi olur. Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edir. İcra Hakimiyyəti  Milli Şuranın mitinqlə bağlı müraciətinə  müsbət cavab verir. Ərizədə göstərilən məkanları deyil, başqa bir ünvan təklif edir. Yəni, mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, “28 may” küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilir. Meriyadan mitinq təşkilatçılarına bildirilir ki, onların təklif etdiyi yerlərdə aksiya keçirmək məqbul sayılmır. Qeyd olunur ki, metronun  “28 may” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı parkda aksiya keçirilməsi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır. Bildirilir ki, aksiyanın nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında keçirilməsi  toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacaq, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcək, bu yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq.

İlk baxışda, yəni qanunvericiliklə bağlı mübahisə etmək istəsək, İcra Hakimiyyəti haqsızdır. Yəni mitinq təşkilatçıları yer seçməkdə sərbəstdir. Amma... Amması odur ki, o ərazilər ki, mitinq üçün seçilir, həmin ərazidə bəlkə mitinqdə iştirak etmək istəməyən, ümumiyyətlə, aksiyanın o ərazidə keçirilməsini istəməyən minlərlə insan ola bilər. Çünki həmin ərazilər istirahət, insanların gediş-gəliş yeri kimi başqa bir funksiyanı da yerinə yetirir. Deməli, mitinq üçün başqalarını narahat etməyən məkanlar da məqbuldur. Çünki əsas nəticədirsə, yerin əhəmiyyəti önəmli deyil və bu baxımdan, indiki halda hökumətin arqumentləri əsaslı görünür. Digər tərəfdən isə demokratiya yarımçıq olmur, ya olur, ya da olmur! İndiki halda demokratiyanı əlində dəstəvuz edən Əli Kərimli özünün sərbəst toplaşmaq hüququndan danışarkən başqalarının istirahət, sərbəst gediş-gəliş kimi hüquqlarını da unutmamalıdır. Çünki onun mitinq keçirmək istədiyi məkanda başqalarının hüquqlarının pozulması baş verə bilər. Lakin Milli Şura və “Yurd” bunu əhəmiyyətsiz sayır. Demokratiyadan danışmalarına baxmayaraq, onlar üçün öz istəkləri başqalarının hüquqlarından daha vacibdir.

Və son...

Mitinqin deyil, taktikanın əleyhinə olanların mövqeyi daha düzgündür. Kərimli və onun Milli Şurasının mitinqinin harada keçirilməsi o zaman əhəmiyyətli olardı ki, hər hansı həyati əhəmiyyətli məsələlər əksini tapardı, yaxud ümummilli bir problemə həsr olunardı. İndiki halda isə Milli Şuranın və Əli Kərilinin bu mitinqi onun özünə, hər kəsdən öndə olmaq görüntüsünə hesablanmış addımdır. Nəticəsi isə bütün cəmiyyətin əleyhinə olacaq. Saatların geri çəkilməsi kimi. Bütün cəmiyyəti və toplumun hərəkətlənməsini geriyə dartacaq. Amma saatdakı kimi bir saat deyil, 10 il...

Cebhe.info Analitik Qrupu


Oxunma sayı: 9384