hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

28 il sonra komadan oyandı

28 il sonra komadan oyandı

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Munira Abdulla 32 yaşında keçirdiyi qəzadan sonra komaya düşüb və 28 il sonra oyanıb. 

Milli.az bildirir ki, Munira Abdulla 1991-ci ildə oğlu ilə birlikdə avtobus qəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnib. Amma oğluna bir şey olmayıb.

Xəbərdə bildirilir ki, qadın oğlunun təhlükədə olması xəbərini eşitdikdən sonra ayılıb. Qeyd edək ki, qəza zamanı qadının beyninə qan sızmışdı.  
 
İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:

"Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var", - deyə o bildirib.

Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində isə yenidən həyata göz açan Munira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.

Cebhe.info


Oxunma sayı: 4611