hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

2 avqust Milli Kino günüdür

2 avqust Milli Kino günüdür

Bu gün Azərbaycanda Milli Kino günü kimi qeyd olunur. Cebhe.info xəbər verir ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib.

Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.
"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilib və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.

18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.

Aydın
Cebhe. info


Oxunma sayı: 1244