hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

2 ölkədən yaxşı xəbər: Məhdudiyyətlər götürülür

2 ölkədən yaxşı xəbər: Məhdudiyyətlər götürülür

Artıq bəzi ölkələr koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərin götürülməsini müzakirə edir.

Cebhe.info xəbər verir ki, Çexiyada 14 apreldən məhdudiyyətlər götürülə bilər. Bu barədə ölkənin Daxili İşlər naziri Yan Qamaçek bildirib. “Associated Press”in yazdığına görə, artıq ölkə vətəndaşlarının xaricə səfərlərinə tətbiq edilən qadağanın götürülməsi müzakirə olunur. Ancaq bu zaman sərhəddə nəzarət saxlanılacaq. Həmçinin hökumət mağazaların açılması məsələsini müzakirə edir ki, bura tikiti malları, təsərrüfat malları mağazaları da daxildir.

Təklif bu həftə ərzində müzakirə olunacaq. Hazırda Çexiyada 4500 yoluxma faktı aşkarlanıb, 7 nəfər ölüb.

Xatırladaq ki, artıq Avstriya da 14 apreldən tədricən məhdudiyyətlərin ləğvinə başlayacaq. Bu barədə kanlser Sebestiyan Kurts məlumat verib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 38930