hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

31 il öncəki informasiya savaşı: "Mirzə Xəzər və "Şuşa" kanalı əsas xəbər qaynağı idi"

31 il öncəki informasiya savaşı: "Mirzə Xəzər və "Şuşa" kanalı əsas xəbər qaynağı idi"

“Sovet-rus ordusu Azərbaycan xalqına qarşı qırğın törədib - İnformasiya texnologiyalarının inkişaf etmədiyi bir zamanda Azərbaycan informasiya blokadasında idi. AzTV-nin enerji bloku partladılmışdı. İnformasiya əldə etmək və baş verənləri yaymaq mümkünsüz idi”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib: “Sovet radiokəşfiyyatı o zamanın "İnterneti və sosial mediası" olan xarici radiolardan informasiya əldə etməyi əngəlləmək üçün müxtəlif texnologiyalardan istifadə edirdi. Belə bir zamanda Azərbaycanda baş verənlərin bütün dünyaya çatdırılmasında “Azadlıq” Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərin böyük rolu oldu.

“Azadlıq” Radiosunun qısa dalğalarını əngəlləmək və efiri söndürmək üçün Sovet radiokəşfiyyatı gecə-gündüz işləsə də biz "OKEAN" və VEF radioqəbuledicilərin qısa dalğalarında bir-birinə qarışan xırıltı-xışıltılar içərisindən Mirzənin səsini eşidə bilirdik. Canlı bağlantılar təşkil olunurdu. 20 Yanvar faciəsi zamanı onun səsini, sovet-rus ordusunun vəhşilikləri haqqında onun hayrıqtısını bütün dünya dinləyirdi.
Tam əminliklə deyə bilərik ki, qlobal bir informasiya xidmətinin rəhbəri olaraq, bir Azərbaycanlı radiojurnalist olaraq Mirzə Xəzər informasiya blokadasında olan Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında müstəsna rol oynayıb”.

Osman Gündüz bildirir ki, 20 yanvar hadisələrinin digər informasiya təminatı isə az da olsa "Şuşa" kanalı vasitəsilə həyata keçirilmişdi: “AzTV-nin enerji bloku partladılandan sonra bu kanal gün ərzində Şuşa şəhərindəki tele-qüllə vasitəsilə bir neçə saat efirə çıxa bilirdi. AzTV -nin bir sıra əməkdaşları da bu prosesdə iştirak edib.

Ermənilər və Şuşa komendantı da efiri əngəlləmək üçün müxtəlif üsullara əl atırdılar. "Şuşa” TV kanalının fəaliyyətində böyük xidmətləri olan o zamankı icra başçısı Mikayıl Gözəlovu da müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirmişdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1442