31 Mart qurbanları İstanbulda anıldı - FOTOLAR

31 Mart azərbaycanlıların soyqırımı günü ilə bağlı Ərzururmlular Vakfında tədbir keçirilib.
Cebhe.info xəbər veri ki, İstanbul Ərzurum Mədəniyyət və Dayanışma Vəqfinin keçirdiyi tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu da iştirak edib.
Konfransı giriş sözü ilə vəqfin rəhbəri Hadi Atalar açıb. O, Ərzurum və Azərbaycan arasındakı əlaqələrdən, tarixi keşmişimizdən danışıb. Konfransın moderatoru, araşdırmaçı Alaparslan Kotan tədbir iştirakçılarını salamlayıb. Mövzu ilə bağlı məlumat vermək üçün yazıçı Kəbutər Haqverdi və jurnalist Oqtay Hacımusalını kürsüyə dəvət edib.
K.Haqverdi erməni daşnaklarının törətdiyi 31 Mart soyqırımından, Qubada etdikləri vəhşiliklərdən, nəhayət Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskar missiyasından bəhs edib.
Eyni zamanda Xocalı soyqırımı ilə bağlı da məlumat verib. K.Haqverdi “Yeva” filminin Türkiyədə nümayişinə qadağa qoyulmasını, bu işdə konsulluğun gördüyü işləri təqdir edib. Oqtay Hacımusalı isə çıxışında Rusiya ərazisindəki türk əsilli xalqlardan və onların mədəniyyətindən danışarıb, bu barədə geniş məlumat verib.
Tədbirin sonunda Azərbaycanın İstanbuldakı Baş konsulluğunun nümayəndəsi Ramiz Hacizadə toplantının əhəmiyyətindən danışıb, 31 Mart soyqırmının gündəmdə saxlanmılmasının vacibliyini bildirib.
Aydın
Cebhe.info
Oxunma sayı: 127
Bizim Telegram səhifəmizi izləyin