hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

32 yaşlı aktyor Rusiyada azərbaycanlı obrazını canlandırıb

32 yaşlı aktyor Rusiyada azərbaycanlı obrazını canlandırıb

Gənc Tamaşaçılar Teatrının keçmiş aktyoru, hal-hazırda Rusiyada aktyor fəaliyyətini davam etdirən Eşqin Quliyev Rusiyada bədii filmə çəkilib.

Bu barədə aktyorun özü Cebhe.info-ya məlumat verib. O bildirib ki, Rusiyanın NTV kanalında çəkilən “Тень за спиной” (“Arxada kölgə”) filmində azərbaycanlı obrazını canlandırıb:

“Filmin çəkilişləri sona çatıb. Mən fəxr edirəm ki, Rusiyanın kino sferasında azərbaycanlı obrazını oynamışam”.

Qeyd edək ki, Eşqin Quliyev 1986-cı ildə Sumqayıt şəhərində doğulub. Sumqayıt şəhəri M.Müşfiq adına 34 nömrəli orta məktəbi bitirib. Səid Rüstəmov adına Musiqi Texnikomunda təhsil alıb və daha sonra 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. 

Bakı Kamera Teatrında Musiqi rejissoru və aktyor, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 950