hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

35 nəfəri ilan sancıb - Rəqəmlər açıqlandı

35 nəfəri ilan sancıb - Rəqəmlər açıqlandı

“Aprel ayından bu günədək 35 nəfəri ilan sancıb”.

Bu barədə Cebhe.info-ya Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, aprel ayında 6, may ayında 21, iyun ayında isə 8 nəfər ilansancma ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib:

“İlan və digər həşərat sancması ilə bağlı daxil olanlar arasında ölüm hadisəsi baş verməyib. Əqrəb sancması ilə bağlı iki, qara qurd sancması ilə bağlı isə bir nəfərə məsləhət verilib. İlan və digər həşərat sancmalarla bağlı müraciətlərin əksəriyyəti bölgələrdən olub”.

Azər Maqsudov bildirib ki, iyun ayında 2 nəfər sirkə turşusundan, 3 nəfər isə spirtli içkidən zəhərlənib. Onlara da tibbi yardım göstəriləndən sonra evə buraxılıb. 

Həkim onu da əlavə edib ki, aprel ayından etibarən dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər dayanıb. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 397