hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

"35 saatınız qaldı" - Çavuşoğlundan YPG-yə mesaj

"35 saatınız qaldı" - Çavuşoğlundan YPG-yə mesaj

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu YPG/PYD terror qruplaşmasına xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, o, bu gün keçirilən "TRT World Forum” toplantıda terror qruplaşmasına ABŞ-la imzalanan 120 saatlıq atəşkəs müddətini xatırladıb: "Artıq terror qruplaşmasına verilən möhlətin başa çatımasına 35 saat qaldı. Bu müddətə onlar təhlükəsizlik bölgəsindən çıxmasa, yenidən əməliyyata başlayacağıq”.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı" əməliyyatına başlayıb. Oktyabrın 17-də isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya gələrək, Ərdoğanla atəşkəsə razılaşıb. Razılaşmaya əsasən, əməliyyata 120 saat ara verilir və YPG/PYD bu müddət ərzində Türkiyənin tələb etdiyi əraziləri boşaltmalıdır.

Cebhe.info


Oxunma sayı: 584