t 3,5 milyon avroluq qəsr satışa çıxarıldı
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

3,5 milyon avroluq qəsr satışa çıxarıldı

3,5 milyon avroluq qəsr satışa çıxarıldı

Amerikalı 2 kişi Fransada restavrasiya etdikləri qəsri 3,5 milyon avroya satmaq qərarına gəlib. 

Bu qərara səbəb isə yerli hakimiyyətin qəsrin yaxınlığındakı düzənlikdə külək generatorları quraşdırması olub.

Cebhe.info xəbər verir ki, bu barədə "Boursorama" məlumat yayıb.

Kaliforniya sakinləri Uilyam və Devid O Nil 2016 - cı ildə Fransanın tarixi vilayəti sayılan Anja şəhərində 18 - 19 - cu əsrlərə aid  yarıdağılmış Fallu qəsrini alıb. Onlar qəsrin restavrasiyasına 5 milyon dollar xərcləyərək onu əvvəlki tarixi görkəminə qaytarıb, məqsədləri isə bu qəsrdən turist məkanı kimi istifadə etmək olub.

Uilyam və Devid vilayət rəhbərliyindən buna görə icazə də alıb. Lakin amerikalılar qərara bir şərtlə imza atıb ki, qəsrin yaxınlığındakı düzənlikdə quraşdırılan 150 metr hündürlüyündəki külək generatorları fəaliyyətə başlamayacaq. Şəhər rəhbərliyi də onlarla razılaşmışdı. 

Beləliklə, qəsr qonaqlarını qəbul edir, konsertlər təşkil edilir, bayramlar və başqa tədbirlər həyata keçirilirdi. Hətta Çin agentliyi qəsrdən toy mərasimləri üçün istifadə etmək istəyirdi. Lakin qəsrin yerləşdiyi ərazi digər ərazinin tabeçiliyinə daxil olduğundan verilən vəd  qüvvəsini itirmiş olur, külək generatorları fəaliyyətə başlayır.

Uilyam və Devid yeni rəhbərliyin dəstəyini görmədiklərini bildirib və artıq ABŞ - a qayıdıblar.

Qeyd edək ki,  Anjanın sakinləri də külək generatorlarının region iqtisadiyyatına zərər vuracağını düşünürlər.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 573