hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

48 namizəd seçkiyə buraxılmadı: Bəşər Əsədin ancaq 2 rəqibi var

48 namizəd seçkiyə buraxılmadı: Bəşər Əsədin ancaq 2 rəqibi var

Suriyada mayın 26-da keçiriləcək prezident seçkilərində 3 namizəd iştirak etmək hüququ qazanıb.

Cebhe.info-nun məlumatına görə, onlar hazırkı dövlət başçısı Bəşər Əsəd, Demokratik Cəbhə müxalifət hərəkatının baş katibi Mahmud Əhməd Marai və Sosialist Birləşmə Partiyasının nümayəndəsi Abdullah Səllüm Abdullahdır.

Prezident postu uğrunda 51 nəfər namizədliyini irəli sürsə də, onların 48 nəfəri bu hüququ qazana bilməyib. Namizəd kimi qeydə alınmaq üçün parlamentdəki 250 deputatdan ən azı 35 nəfərin səsini qazanmaq lazımdır. Bəşər Əsədin liderlik etdiyi BƏƏS Partiyasının çoxluq təşkil etdiyi Xalq Şurasında yalnız 3 nəfərin namizədliyi təsdiqlənib. Prezident seçkiləri mərkəzi hökumətin nəzarət etdiyi ərazilərdə keçiriləcək.

Beləliklə, ölkənin şimalında Hasəkə vilayətində, şimal-qərbdə bir hissəsi “Cəbhət ən-Nusra” təşkilatının nəzarətində olan İdlib vilayətində və cənub-qərbindəki Daraa əyalətində baş tutmayacaq. Qərb dövlətləri və Türkiyə seçkinin nəticələrini tanımayacağını bəribaşdan elan edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 738