hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

59 oldular - Müstəqillik dövrünün partiyaları: Qeydiyyatdan keçənlərin TAM SİYAHISI

59 oldular - Müstəqillik dövrünün partiyaları: Qeydiyyatdan keçənlərin TAM SİYAHISI

Bu gün Azərbaycanda rəsmi fəaliyyət göstərən siyasi partiyaların sayı 59-dur.

Bu ilin may ayında Ədliyyə Nazirliyinin müvafiq qərarı ilə daha 4 partiya qeydiyyata alındı.

Bununla da dövlət qeydiyyatına alınan partiyaların sayı 59-a çatdı. Ötən gün isə Ədliyyə Nazirliyi daha 3 partiya: Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiya ilə bağlı qərar qəbul edib.

Cebhe. info xəbər verir ki, hər 3 partiya ilə bağlı verilən qərar düzəliş xarakteri daşıyır. Partiyaların 2-sində sənədlərə düzəliş edilib, birində isə partiyanın adının dəyişdirilməsi məsələsi təsdiq edilib. Belə ki, 1993-cü ildən dövlət qeydiyyatına alınan Vahid Azərbaycan Partiyasının (VAP) adı Ağ Partiya olaraq dəyişdirilib.

Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların tam siyahısını təqdim edirik:

1. Azərbaycan Milli İstiqlal Partiyası- 17.07.1992
2. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası - 24.07.1992
3. Azərbaycan Xalq Demokratik Partiyası - 11.08.1992
4. “Ana Vətən” Partiyası - 11.08.1992
5. Milli Demokrat İdrak Partiyası - 11.08.1992
6. Azərbaycan Kəndli Partiyası - 23.09.1992
7. Vətəndaş Həmrəyliyi Partiyası - 03.11.1992
8. Müsavat Partiyası - 08.12.1992
9. “Birlik” Partiyası - 18.12.1992
10. Yeni Azərbaycan Partiyası - 18.12.1992
11. Vahid Azərbaycan Milli Birlik Partiyası - 13.01.1993
12. Ağ Partiya (Vahid Azərbaycan Partiyası – (13.01.1993 ) – 30.06.2020
13. Demokratik Azərbaycan Dünyası Partiyası - 10.02.1993
14. Müstəqil Azərbaycan Partiyası - 10.02.1993
15. Milli Qurtuluş Partiyası - 03.03.1993
16. Azərbaycan Yurddaş Partiyası - 12.03.1993
17. Azərbaycan Ümid Partiyası - 05.05.1993
18. “Qorqud” Partiyası - 10.11.1993
19. Azərbaycan Milli Hərəkat Partiyası - 02.03.1994
20. Azərbaycan Kommunist Partiyası - 02.03.1994
21.Azərbaycan Milli Dövlətçilik Partiyası - 12.10.1994
22. Azərbaycan Vətənpərvərlər Partiyası - 12.10.1994
23. Azərbaycan Demokratik Sahibkarlar Partiyası - 17.05.1994
24. Azərbaycan Naminə Alyans Partiyası - 22.06.1995
25. Azərbaycan Demokratik Maarifçilik Partiyası - 04.08.1995
26.Azərbaycan Sosial Rifah Partiyası - 04.08.1995
27. Azərbaycan Liberal Partiyası - 14.08.1995
28. Azərbaycan Sosial Demokrat Partiyası - 01.09.1995
29. Azərbaycan Xalq Cəbhəsi Partiyası - 01.09.1995
30. Azərbaycan Vahid Kommunist Partiyası - 19.09.1995
31. Sosial Ədalət Partiyası - 11.12.1998
32. Milli Konqres Partiyası - 11.12.1998
33. Vəhdət Partiyası - 11.12.1998
34. Azərbaycan Respublikaçılar Partiyası - 09.07.1999
35. Azərbaycan Xalq Partiyası - 09.07.1999
36. Azərbaycan Liberal Demokrat Partiyası - 09.07.1999
37. Azərbaycan Demokrat Partiyası - 03.02.2000
38. “Azərbaycan Mübarizləri” Partiyası - 27.05.2000
39. “Ədalət” Partiyası - 08.05.2002
40. “Milli Vəhdət” Partiyası - 08.05.2002
41. Müasir Musavat Partiyası - 08.05.2002
42. Azərbaycan Azad Respublikaçılar Partiyası - 08.05.2002
43. Böyük Quruluş Partiyası - 12.08.2005
44. Azadlıq Partiyası - 12.08.2005
45. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası - 12.08.2005
46. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 12.08.2005
47. Azərbaycan Tərəqqi Partiyası - 12.08.2005
48. Böyük Azərbaycan Partiyası - 12.08.2005
49. Azərbaycan Təkamül Partiyası - 12.08.2005
50. Vətəndaş Birliyi Partiyası - 12.08.2005
51. Klassik Xalq Cəbhəsi Partiyası - 31.01.2007
52. Vətəndaş və İnkişaf Partiyası - 10.08.2007
53. Azərbaycan Milli Demokrat Partiyası - 24.12.2008
54. Aydınlar Partiyası - 19.11.2009
55. Milli Dirçəliş Hərəkatı Partiyası -31.05.2011
56. Azad Demokratlar Partiyası – 07.05.2020
57. Yeni Zaman Partiyası – 07.05.2020
58. Cümhuriyyət Xalq Partiyası- 07.05. 2020
59. Müstəqil Xalq Partiyası- 07.05.2020

Vilayət Muxtar
Cebhe. info


Oxunma sayı: 2234