hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

65 yaşdan yuxarı şəxslərlə bağlı YENƏ QADAĞA?

65 yaşdan yuxarı şəxslərlə bağlı YENƏ QADAĞA?

Sentyabrın 22-də Azərbaycan payız fəslinə keçib.

Ümumdünya Səhiyyə Təşkilatı və bir çox mütəxəssislər payız aylarında koronaviurusun ikinci dalğasının başlayacağını proqnozlaşdırırlar.

Həkimlər bildirir ki, 65 yaşdan yuxarı insanların immuniteti zəif olduğundan yaşlıların bu virusa yoluxma ehtimalı böyükdür.

Azərbaycanda 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, dünyada bununla əlaqədar tendensiya var:

"Yoluxmanın qarşısını almaq üçün qərarlar qəbul edilməlidir. Əvvəlki və bugükü təcrübələr onu göstərir ki, sərt karantin qaydalarına əməl edilməsə, yoluxmanın qarşını almaq çətinləşə bilər. Bu problemin yaşanmasına səbəb insanların karantin qaydalarına əməl etməməsidir. Müəllimlərin yoluxma səbəbi avtobusla işə gedib-gəlməsidir. Avtobuslarda karantin qaydaları gözlənilmir. Müəllimlər otağında bir yerə toplaşıb söhbət edirlər. Yəqin ki, maska da taxmırlar. Karantin qaydalarına mütləq əməl edilməlidir. Düşünürəm ki, yaş məhdudiyyəti və "evdə qal" karantini ilə problem həll edilməyəcək. Karantin qaydaları sərtləşdirilməlidir. Qapalı yerlərdə maskasız oturanlar cərimələnməlidir. Karantin qaydalarını tez-tez təbliğ etmək lazımdır. Bu məsələlərdə bizdə ciddi boşluqlar var".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Əgər belə bir qərar qəbul edilərsə, tərəfimizdən məlumat veriləcək".

Cebhe.info


Oxunma sayı: 4236

Bizim Telegram səhifəmizi izləyin