hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

6 milyon zərəri olan “Azərbaycan” nəşriyyatı özəlləşdiriləcək? - “Buranı bağlatdırmaq istəyirsən?” - Baş mühəndisdən QƏZƏBLİ REAKSİYA

6 milyon zərəri olan “Azərbaycan” nəşriyyatı özəlləşdiriləcək? - “Buranı bağlatdırmaq istəyirsən?” - Baş mühəndisdən QƏZƏBLİ REAKSİYA

“Azərbaycan” nəşriyyatı 2018-ci ildə də zərərlə işləyib və yığılmış zərəri 6 milyon 99 min manata çatıb.

Nəşriyyatın illik hesabatında bildirilir ki, ötən il xərclər gəlirləri üstələyib və 449 min manat zərər yaranıb. 

2017-ci ilin sonunda 5 milyon 650 min manat olmuş yığılmış zərər 2018-ci ilin sonunda 6 milyon 99 min manata qalxıb. Ötən il “Azərbaycan” nəşriyyatının cəmi kapitalı zərər qədər azalaraq 19 milyon 521 min manata düşüb. 

Bu barədə xəbərlər nəşriyyatın özəlləşdirilmə ehtimalını yenidən gündəmə gətirib. 

“Azərbaycan” nəşriyyatının baş mühəndisi Ləbib Ləbibov Cebhe.info-nun bu barədə sualını aqressiv qarşılayaraq əvvəlcə “Canfəşanlıq edirsən? Nəşriyyatı bağlatdırmaq istəyirsən?” kimi cavablar versə də, daha sonra nəşriyyatın heç vaxt özəlləşdirilməyəcəyini deyib: “Bizim nəşriyyat heç vaxt özəlləşməyəcək. Niyə bu mövzuda belə canfəşanlıq edirsən? Bu mövzu niyə belə maraqlıdır?” 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 1442