hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

74 yaşında meydana çıxaraq "Ginnesin Rekordları Kitabı"na düşüb

74 yaşında meydana çıxaraq "Ginnesin Rekordları Kitabı"na düşüb

Misirli futbolçu Ezzeldin Bahader "Ginnesin Rekordları Kitabı"na düşüb.

Apasport.az saytının məlumatına görə, 74 yaşlı afrikalı ölkə çempionatının 3-cü liqasında oyunu əvəzolunmadan keçirib.

Bununla da Bahader futbol tarixinin ən yaşlı peşəkar oyunçusu olub. Bu ilin martında da meydana çıxan və hətta penaltidən qol vuran veteran son matçında 11 metrlik cərimə zərbəsini qaçırıb. Rekordun qeydə alındığı görüşdən sonra Bahaderlə anlaşmaya xitam verilib.

Qeyd edək ki, bunadək ən yaşlı peşəkar oyunçu 73 yaşlı israilli İsaak Hayik idi. 74 yaşında meydana çıxaraq "Ginnesin Rekordları Kitabı"na düşüb.

Cebhe.info


Oxunma sayı: 2289

Bizim Telegram səhifəmizi izləyin