hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

765 pirə yığılan pul kimə və nəyə xərclənir? - “İcra hakimiyyətləri və QMİ…”

765 pirə yığılan pul kimə və nəyə xərclənir? - “İcra hakimiyyətləri və QMİ…”

Azərbaycanda 765 pir var.

Bunu Milli Məclis deputatı Siyavuş Novruzov parlamentin son plenar iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, onların qeydiyyat məsələsində problemlər var: “Bu problemlərin aradan qaldırılması üçün işlər görülməlidir”.

Məlumdur ki, pirlər həm də ziyarətlərin çox olduğu məkanlardır və kifayət qədər gəlir əldə edir. Ancaq yığılan bu pulların hara və nə məqsədlə xərcləndiyi məlum deyil, daha doğrusu bu barədə hesabat təqdim olunmur. Baxmayaraq ki, məsələ illərlə müzakirə olunur, indiyə qədər bununla bağlı rəsmi açıqlama yoxdur.

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, pirlərin gəlirlərinin xərclənməsi şəffaf deyil:

“Pirlərin özləri məlumat verir ki, guya həmin pirlərin yerləşdiyi icmaların tərkibində ianələr fondu formalaşır. Guya ki, həmin pirlər əldə edilən gəlirləri pirlərin genişlənməsinə, kimsəsiz insanlara yardım üçün istifadə edirlər. Lakin bunların hamısı qeyri-səmimi sözlərdir. Biz ən azı pandemiya, ya da İkinci Qarabağ Müharibəsi ərəfəsində gördük ki, hansı fondlar hara və kimlərə yardım etdi. Təəssüf ki, həmin pirlərin bir nəfərə belə yardım etdiyini görmədik. Pirlərin gəlirləri konkret olaraq yerləşdikləri rayonun İcra Hakimiyyətləri və Qafqaz Müsəlmanları İdarəsinin müvafiq şəxslərinin cibinə axır. Onlar belə demək olarsa, pirləri öz monopoliyasına, alaraq öz mənafeləri üçün istifadə edirlər”.

İlahiyyatçı qeyd edib ki, pirlərin gəlirlərinin belə şəxsi məqsədlər üçün xərclənməsinin qarşısını almaq üçün qanun qəbul edilməlidir:

“Parlamentdə müzakirə gedir. Yaxşı olardı ki, pirlərin gəlirlərinin necə və hara xərclənməsi məsələsi də müzakirə olunsun. Bu, xalqımızı uzun müddətdir narahat edən, tənqid obyektinə çevrilən məsələdir. Yaxşı olardı ki, xüsusi fond yaradılsın və pullar da bu fonda toplanaraq şəhid, qazi ailələrinə, köməksiz insanlara dəstək üçün istifadə edilsin. Məsələ burasındadır ki, Qafqaz Müsəlmanlar İdarəsinin təsiri nəticəsində belə qanunlar qəbul edilə bilmir. Onlar buradan ciddi şəkildə mənafe güdürlər, gəlirləri var. Belə deyək ki, onlar lazımi insanları da “yemləyir”lər və bu kimi qanunların qarşısını alırlar”.

Semra Ələkbərli

Cebhe.info


Oxunma sayı: 3345