hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

770 minlik tablo saxta çıxıb

770 minlik tablo saxta çıxıb

Osmanlı sultanı Fateh Sultan Mehmedin üç portretindən biri olan və 15-ci əsrdə italyan rəssamı Gentile Bellini tərəfindən çəkildiyi ehtimal olunan rəsm əsəri Londonda 770 min funt sterlinqə satılıb.

Cebhe.info-nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, rəsmin satılması ilə bağlı bir sıra müzakirələr yaranıb. Rəsmin Gentile Belliniyə məxsus olub-olmaması da müzakirə mövzusudur.

Türkiyəli tarixçi Murad Bardakçı tablonun Belliniyə aid olub-olmamasına dair heç bir dəlil olmadığını deyib:

"Rəsmin Gentile Bellininin emalatxanasında ərsəyə gəldiyi ilə bağlı heç bir mənbədə məlumat yoxdur, bu sadəcə şayiədir. Həm də Bellini kimi bir çox rəsmləri əsrlər əvvəl odda məhv edilən və hazırda azsaylı rəsmləri qalan intibah dövrünün rəssamının əsərinin bir neçə yüz min funt sterlinq qiymətləndirilməsi mümkün deyil. Bellininin bir əsəri milyonlarla, hətta yüz milyonlarla funt sterlinqə satılır".

Xatirə
Cebhe.info


Oxunma sayı: 1464