hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

7 diplomu var, iş tapa bilmir

7 diplomu var, iş tapa bilmir

Diyarbəkrdə yaşayan 5 uşaq atası 41 yaşlı Mehmet Ferit Avcı 7 universiteti bitirib diplom alsa da, hələ də iş tapa bilməyib.

O hədəfinin əvvəlcə rayon qubernatoru, sonra millət vəkili, daha sonra nazir və ən nəhayət, prezident olmaq olduğunu deyib. M.F. Avcının sözlərinə görə, nazir olmaq üçün 4 illik bakalavr dərəcəsini də bitirib.

Cebhe.info yerli mediaya istinadən xəbər verir ki, təhsilə böyük həvəsi olan Avcı, həm özünü, həm də başqalarını oxumağa təşviq edir. Övladlarını, bacılarını, qohumlarını və dostlarını oxumağa həvəsləndirən və dəstəkləyən Avcı, hətta 80 yaşlı anasını da savadlanma kursuna göndərib. Lakin buna baxmayaraq min bir çətinliklə müxtəlif universitetlərdən məzun olan və 7 diplom alan Avcı işsizlikdən yaxa qurtara bilməyib.

M.F. Avcı evli və 5 uşağa sahibi olduğu dönəmdə Anadolu Universiteti Dövlət İdarəçiliyi, Anadolu Universiteti İqtisadiyyatı, Dəclə Universiteti BMYO Üzvi Kənd Təsərrüfatı, Atatürk Universiteti İş Sağlamlığı və Təhlükəsizliyi, Anadolu Universiteti Ədalət, Anadolu Universiteti Yaşlı Baxımı, İstanbul Universiteti Sosiologiya bölümlərindən məzun olub. Avcı həm də Pedaqoji Formalaşdırma, Tələbə Məşqləri və Təhsil Məsləhətçiliyi, eləcə də Təhsil-Təlim Kompüter sertifikatlarına da sahibdir. O heç oxumaq niyyəti olmayan bir çox şəxsə oxumağı aşıladığını və bir çox insanın onun sayəsində ibtidai, orta, litsey və universitet məzunu oldğunu da bildirib: “Oxumaqda çətinliklər oldu. Əsil çətin olan da insanların qərəzləri ilə mübarizə aparmaqdı. “Təhsil alanların hamısı işsizdir, siz boş-boş oxuyursunuz” deyirdilər.

Halbuki mən mütləq oxuduğum bölmədə işləyəcəyim üçün deyil, ömür boyu öyrənmə fikri ilə oxuyub öyrənirdim. Oxuduğum illərdə 5 övladım var idi. Universitet müəllimim iş yerimə ziyarətə gələndə və intensivliyi görəndə təəccübləndi. O bu intensivlikdən məktəbə gəlmək üçün necə vaxt ayırdığıma təəccüblənmişdi. Bir vilayətin qubernatoru olmaq istəyirdim, amma orta məktəbin sonuncu ilində oxuyanda qardaşım həbs olundu. Təhlükəsizlik sorğusunda maneələrlə qarşılaşacağımı düşündüm və evin dolanışığı üçün iş yerində atama kömək etdim. Zamanla ailəmin və ətrafımın yükü üzərimə düşdüyü üçün gözlədiklərimə cavab ala bilmədim”.

M.F. Avcı 24 iyun parlament seçkilərində millət vəkilliyinə namizəd olmaq üçün müraciət etsə də, müsahibəyə dəvət olunmadığını deyib: “Siyasətin də ləyaqətə görə edilməməsi gerçəyi ilə üz-üzə qalmağım məni həm öz, həm də toplumu adına məyus etdi. Hələ ibtidai sinif şagirdi ikən şirniyyat satmaqla başlamışam işə. Kənd təsərrüfatı, əkinçilik, biznesmen, dövlət qulluqçusu, səyyah əczaçı, mühafizəçi, məmur, menecer kimi vəzifələrdən sonra indi işsizəm. Sadəcə iş və təhsil təcrübəmə əsaslanaraq cəmiyyətdə könüllü məsləhətçi kimi çalışıram”. Avcı həyat yoldaşının və uşaqlarının qoz-fındıq topladığını da deyib: “Özüm xərçəng xəstəsi olan bacıma baxıram. İstəyirəm ki, səlahiyyətlilər təhsilimə, işimə və insanlara cavabımı qiymətləndirərək xalqa xidmət edə bilməyim üçün qapını açsınlar”.
Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 2003