hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

85 milyonluq sərvət, dindar ailə və daha nələr – Məşhur modelin həyat hekayəsi

85 milyonluq sərvət, dindar ailə və daha nələr – Məşhur modelin həyat hekayəsi

Son illər yaşadığı sevgilərlə türk dünyasında da gündəmləri zəbt edən məşhur braziliyalı model Adriana Lima haqqında Türkiyə mətbuatı bir sıra maraqlı faktları yayımlayıb. 

Cebhe.info xəbər verir ki, Limanın Türkiyə mətbuatının gündəminə gəlməsinə səbəb isə son iki sevgilisinin türk olasıdır.

Yazıda Limanın kasıb və dindar bir ailədə dünya gəlməsi, atası onu 6 aylıq olarkən atıb getməsi haqqında məqamlar yer alıb.

Qeyd olunub ki, məşhur model ilk dəfə 15 yaşında “Supermodel of Brazil” yarışmasının birincisi, ardınca isə “Supermodel of the World”ün ikincisi olaraq adını məşhurların sırasına yazdırıb.

Bundan sonra o, təhsilini yarımçıq qoyaraq karyera qurmaq üçün Nyu-Yorka köçür və bununla da məşhurluq pillələrini asanlıqla irəliləməyə başlayır.

Xatırladaq ki, Lima bir firmanın 20 il fasiləsiz reklam üzü olaraq dünya rekorduna imza atıb. Belə ki, o, “Victoria's Secret” firması ilə 1999-cu ildə müqavilə bağlayıb və 19 il bu firmanın reklam üzü olub. Lima ötən il müqaviləyə xitam verərək “Victoria's Secret”dən ayrılıb.

Adriana Lima hazırda 85 milyon dollar sərvətə sahibdir.
Cebhe.info


Oxunma sayı: 463