hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

96 yaşlı məzun universiteti BİRİNCİLİKLƏ BİTİRDİ

96 yaşlı məzun universiteti BİRİNCİLİKLƏ BİTİRDİ

İtaliyada yaşayan və İkinci Dünya Müharibəsinin iştirakçısı olan 96 yaşlı Giuseppe Paterno ən yaşlı məzun statusunun sahibi olub.

Cebhe.info Sonxeber.az-a istinadən xəbər verir ki, 96 yaşlı Giuseppe Palermo universitetinin tarix və fəlsəfə fakültəsini bitirib.

Paterno 1923-cü ildə Siciliyada kasıb bir ailənin uşağı olaraq anadan olub. Həyatda bir çox çətinliklərlə qarşılaşan Paterno, kitabları və oxumağı çox sevdiyini , ancaq qarşılaşdığı problemlərlə əlaqədar sadəcə ibtidai məktəbi bitirə bildiyini söyləyib. Dəniz Qüvvələrinə qoşulub İkinci Dünya Müharibəsində döyüşən Paterno müharibədən sonra dəmir yolu işçisi kimi işə başlayıb Evli və iki övladı olan siciliyalı kişi oxumağa olan sevgisinin qarşısını ala bilməyib. Yenidən orta məktəbə daxil olub və burdan müvəffəqiyyətlə məzun adını qazanıb. Ancaq Paterno daha da irəliliyə getməyi və təhsilni davam etdirməyi xəyal edib. Bu səbəbdən 2017-ci ildə universitetə daxil olub və özündən 70 yaş kiçik tələbələri çalışqanlığı ilə keçərək univeristeti biriniciklə bitirir.

İtaliya mətbuatı ölkədə ilk dəfə baş verən bu heyrətamiz hadisəyə böyük maraq göstərib.

Paterno, "vaxtının qalan hissəsini heç oxuya bilmədiyi tarix və fəlsəfə kitablarına həsr edəcəyini"açıqlayıb. Məzuniyyət tədbirində çıxış edən G. Paterno müəllimlərini təşəkkür edib və kitabları çox sevdiyini bildirib. "Bilgi hər zaman yanımda daşıdığım bir xəzinədir",- deyə ən yaşlı məzun vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 1090