hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Abbas Lisani haqqında ədalətsiz qərar: 15 il həbs cəzası TƏSDİQLƏNDİ

Abbas Lisani haqqında  ədalətsiz qərar: 15 il həbs cəzası TƏSDİQLƏNDİ

Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri, ərdəbilli siyasi fəal Abbas Lisani haqqında məhkəmə hökmü təsdiqlənib. GAMOH İradə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe. info-ya verdiyi məlumata görə, bu barədə qərarı İran Ali Məhkəməsi çıxarıb. Məhkəmə Abbas bəy haqqında çıxarılan 15 il həbs cəzasını təsdiqləyib.

Qeyd edək ki, hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

Apelyasiya Məhkəməsi, birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il həbs isə fəalın daha öncə məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.
Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdı. Fəalın ailə üzvləri və güney azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət etmiş, araşdırdırma apardıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilin Ettelaat İdarəsi, oradan isə Ərdəbilin Mərkəzi Zindanına aparıldığı məlum olmuşdu.

Abbas Lisani uzun illərdir Güney Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb. İran təhlükəsizlik orqanları Lisaninin ailə üzvlərinə də təzyiq göstərmək, ailəni iqtisadi baxımdan sıxıntıda saxlamaq məqsədi ilə onun oğlunun iş yerini də bağlatdırıb.

Aydın
Cebhe. info


Oxunma sayı: 4753