hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Abonent sayında artım qeydə alınıb

Abonent sayında artım qeydə alınıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 65 min 124 yeni abonent qeydiyyata alınıb ki, bunun da, Abşeron və 36 min 291-i Bakı Sumqayıt, 28 min 833-ü isə regionların payına düşür. 

Bu barədə Cebhe.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür.

Beləliklə, 01 oktyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 246 min 968-ə çatıb. Bu rəqəmin 2 milyon 215 min 900-ü əhali, 31 min 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 milyon 381 min 186 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.

Cebhe.info


Oxunma sayı: 606