hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Abort qadağan edilə bilər

Abort qadağan edilə bilər

ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.

Yeni qanuna əsasən, hamiləlik hətta təcavüz nəticəsində baş vermiş olsa belə, abortla dayandırmaq qadağan edilir.

Qanunu 25 senator dəstəkləyib, 6 senator isə sənədin əleyhinə səs verib. Həmin qanun layihəsi ştatın qubernatoru Key Aviyə baxılması üçün təqdim edilib. Onun bu qərarı dəstəkləyib-dəstəkləməyəcəyi bilinmir.

Cebhe.info


Oxunma sayı: 353