hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

"ABŞ-da ermənipərəst konqresmenlər fəallaşıb" – Politoloq

"ABŞ-da ermənipərəst konqresmenlər fəallaşıb" – Politoloq

"Erməni lobbisinin maliyyələşdirdiyi amerikalı konqresmenlər fəallaşıblar. Görünür, Azərbaycanın müharibədə qələbə qazanması onların da yuxularına haram qatıb.

Amerika Senatının beynəlxalq əlaqələr komitəsinin sədri Robert Memendez yeni dövlət katibi Entoni Blinkeni ermənilərin gələcək taleyi ilə bağlı sual yağışına tutub: “ABŞ Cənubi Qafqazdakı etnik erməniləri Azərbaycanın və Türkiyənin hücumlarından necə qoruya bilər? ABŞ Minsk qrupunda ermənilər maraqları naminə hansı işlər görə bilər? Amerika təhlükəsizlik sahəsində Azərbaycana yardımı davam etdirməlidirmi?”.

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Entoni Blinken ermənipərəst konqresmenin suallarına onun eşitmək istədiyi cavabları verib:

"Bu o demək deyil ki, Blinken dövlət katibi Robert Menendezin istəklərini yerinə yetirəcək. Blinken dövlət katibi postunda ilk gündən Senatın beynəlxalq əlaqələr komitəsinin sədri ilə münasibətlərini korlamaq istəmir. Blinken dövlət katibi kimi Amerikanın maraqlarını düşünməlidir. Amerikanın maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığın davamını diqtə edir.

Bu arada, ikinci ermənipərəst konqresmen Adam Şiffrin də “hərəkətə” keçib və Konqresin Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağırıb. Şiffrin Türkiyənin bölgədəki rolunun azaldılması gərəkliyini də sözlərinə əlavə edib.

Bu ermənipərəst konqresmenləri anladıq, üzərinə düşən işləri görürlər. Bəs bu illər ərzində ABŞ Konqresində bircə dənə də olsun konqresmenlə əlaqə qura bilmədik ki, o da Menendez kimi yeni dövlət katibinə bu sualları versin:

“1. Amerika Avropaya qaz nəql edən və strateji müttəfiqimiz İsrailin dostu olan dünyəvi müsəlman ölkəsi olan Azərbaycana dəstəyini hansı şəkildə artıra bilər?

2. Rusiyanın nəzatində olan Ermənistandan fərqli olaraq Azərbaycanla təhlükəsizlik sahəsində yardımları artıra bilərikmi?”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1937